“Sony” batareya istehsalı üzrə biznesini satmaqdan imtina edib
Yaponiyanın "Sony" korporasiyası batareya istehsalı üzrə biznesini satmaqla bağlı planlarından imtina edib.
Bununla bağlı qəbul olunan qərarın səbəbi kimi yaxşılaşan iqtisadi konyuktura göstərilir.
Korporasiya "Nissan" və "NEC" şirkətləri ilə bu biznesin satılmasına dair danışıqlar aparsa da, tərəflər qarşılıqlı razılığa gələ bilməyiblər, - "Qazeta.ru
www.gazeta.ru" yazır.