Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Məlumat Hesablama Mərkəzi “Over-The-Top” texnologiyası üzərindən xidmətlər göstərəcək



Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi "Over-The-Top (OTT)" texnologiyası üzərindən yeni internet televiziya xidmətini istifadəyə verməyə hazırlaşır.
MHM-dən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, yeni xidmət "www.ott.az" saytı üzərindən gələn il yanvarın 15-dən etibarən istifadəyə veriləcək.

"İlkin mərhələdə yeni texnologiya vasitəsilə 44 televiziya kanalına baxmaq mümkün olacaq, gələcəkdə isə kanalların sayının artırılması gözlənilir. Xidmətin tarifi 6 manat təşkil edəcək və ödənişi internet üzərindən, ödəniş terminalları vasitəsilə  həyata keçirmək mümkün olacaq",- deyə MHM-dən bildiriblər.
Qeyd edək ki, "OTT" texnologiyası istifadəçiyə dünyanın istənilən provayder şəbəkəsində keyfiyyətli çoxkanallı televiziya xidmətlərini göstərməyə imkan verir. Bu xidmətlərdən istənilən qurğudan istifadə etmək mümkündür, istər televizor olsun, istərsə də smartfon, kompüter, planşet və s.

Aynur Vəliyeva
 




28/12/13    Çap et