Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın prosessinq mərkəzinin “SMS Notifications” xidmətinin əhatə dairəsi genişləndirilib



Xarici mobil operatorların nömrələrinin “SMS Notifications” xidmətinə qoşulması imkanı yaradılıb.
“AzeriCard” prosessinq mərkəzindən verilən məlumata görə, adıçəkilən mərkəzdə xidmət olunan  bütün bankların plastik kart sahibləri artıq “SMS Notifications” xidmətini Azərbaycan mobil operatorları ilə yanaşı, 190 ölkənin 800 operatoruna qoşa bilərlər.

Xatırladaq ki, “AzəriCard” prosessinq mərkəzi  “SMS Notifications” xidmətini 2009-cu ilin iyun ayında istifadəyə verib. “Mobilbank” xidmətinin hissəsi olan “SMS Notifications” vasitəsilə bank kartın sahibini onun kartı vasitəsi ilə aparılan bütün əməliyyatlar haqqında SMS ilə xəbərdar edir. Sözügedən xidmət bir sıra üstünlüklərə malikdir, bu xidmət dələduzluq əməliyyatlarının qarşısını alır.

CAHANGİR




30/12/13    Çap et