Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
ABŞ Milli Təhlükəsizlik Agentliyi atlantik internet magistrallarını "dinləyir"
ABŞ Milli Təhlükəsizlik Agentliyi Avropa, Şimali Afrika və Asiya arasında ən əhəmiyyətli telekommunikasiya qovşağından birinə nəzarət etməklə məlumata giriş əldə edib.
Almaniyanın “Der Spiegel” jurnalı bazar günü yazıb ki, xüsusi xidmət orqanının xüsusi əməliyyatlar üzrə şöbəsi “Sea-Me-We-4” sualtı kabel sisteminin idarəetməsinə müdaxilə edərək məlumatları ələ keçirməyə müvəffəq olublar. Bu barədə 2013-cü il fevralın 13-də adı çəkilən nəşrin əlinə düşmüş məxfi sənəddə yazılıb.
“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Der Spiegel” jurnalının məlumatına görə, telekommunikasiya kabeli Şimali Afrika və İran körfəzi dövlətlərinin ərazisindən keçməklə Fransanın Marsel limanından Pakistana və Hindistana, oradan isə Sinqapur, Malayziya və Tailanda qədər çəkilib. “Orange” (əvvəlki “France Telecom”) konserni və “Telecom” İtaliya şirkəti sistemin ortağıdır.
Emil Hüseynov
30/12/13 Çap et