“Samsung” 110 düymlü “4K” formatlı televizor istehsal edib
Cənubi Koreyanın “Samsung Electronics” şirkəti yanvarın 7-də Los-Ancelesdə işinə başlayacaq "CES 2014” sərgisində dünyanın ən böyük “4K” formatlı televizorunu nümayiş etdirəcəyini açıqlayıb.
Yeni televizor modeli 110 düym ekran diaqonalına malikdir və əvvəllər nümayiş olunan 85 düym diaqonallı televizor istehsal xəttinin təkmilləşdirilmiş variantı hesab olunur. Şirkətdən televizorun qiyməti barədə məlumat verilmir. Lakin hazırda 85 düymlü televizorların qiymətinin 40 min dollara olması sirr deyil.
Yeni televizorun hündürlüyü 1,8 metr, eni 2,6 metr təşkil edir. Bu ölçüyə malik televizorlar əsasən böyük zallarda, iri şirkətlərdə və s. yerlərdə qurulması üçün nəzərdə tutulub, - “Cybersecurity
www.cybersecurity.ru” yazır.