Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“NAVITEL” şirkəti dağ-xizək kurortları üçün xəritə paketlərini təqdim edib


“Naviqasiya Texnologiyaları Mərkəzi” şirkəti aktiv qış istirahətinə üstünlük verən xüsusi naviqasiya xəritələri paketlərini təqdim edib.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, bu il martın 31-dək “Android”, “Windows Mobile”, “Windows Phone” və “BlackBerry” smartfon və planşetlərinin istifadəçilərinin “Alp”, “Qafqaz”, “Karpat” və “Pirenei” qış məhsullarını xüsusi qiymətlərlə almaq imkanı var.
Bu paketlər aşağıdakı pərakəndə qiymətlərlə təqdim edilir:

“Navitel” Naviqator. Alp: 1 221 rubl

“Alp” naviqasiya xəritələri: 1 111 rubl

“Navitel” Naviqator. Qafqaz: 1 221 rubl

“Navitel” Naviqator. Karpat: 1 221 rubl

“Navitel” Naviqator. Pirenei: 1 221 rubl

“Pirenei” naviqasiya xəritələri: 1 111 rubl

“Alp” paketinə Avstriya, Almaniya, İtaliya, Lixtenşteyn, Monako, Sloveniya, Fransa və İsveçrə xəritələri daxildir və onlar 3 657 607 kilometr yol sütunu, 239 259 şəhər və yaşayış punktundan, 3 001 704 POI-dən ibarətdir. “Qafqaz” naviqasiya xəritələri paketinə Azərbaycanın, Ermənistanın, Gürcüstanın və Rusiyanın Şimali Qafqaz Federal vilayətləri daxildir və 317 134 kilometr yol sütunundan, 13 192 şəhər və yaşayış məntəqəsindən, 51 849 POI-dən ibarətdir. “Karpat” xəritə komplektinə Macarıstan, Polşa, Rumıniya, Serbiya, Slovakiya, Ukrayna və Çexiya xəritələri daxildir. “Karpat” naviqasiya xəritələri 2 267 643 kilometr yol qrafından, 151 984 şəhər və yaşayış məntəqəsindən, 455 333 POI-dən ibarətdir. “Pirenei” naviqasiya xəritəsinə Andorranın, İspaniyanın və Fransanın xəritələri daxildir və onlar 2 075 402 kilometr yol qrafından, 111 690 şəhərdən və yaşayış punktundan, 1 966 466 POI-dən ibarətdir.

Xəritələrin tərtibatçıları bildiriblər ki, xəritələrdə turistlərə səyahət zamanı tələb olunan şəhərlərin və yaşayış məntəqələrinin detallaşdırılmış xəritələri, POI nöqtələrinin    geniş bazası: mehmanxanalar, otellər, restoranlar, kafelər və barlar, diqqətəlayiq yerlər, dükanlar, yanacaqdoldurmalar və texniki xidmət punktları, xəstəxanalar və apteklər daxildir. Xəritələr yolların yüklənməsinin nəzərə alınması ilə marşrutların müəyyən edilməsini nəzərdə tuturlar.

Aynur Vəliyeva
 




07/01/14    Çap et