Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Qlobal şəbəkədə saytların sayı 861 milyonu ötüb
“Netcraft” analitik şirkətinin məlumatlarına əsasən, yanvarın 1-nə internetdə 861379152 sayt və şəxsi bloq fəaliyyət göstərib ki, bu da ötən ayla müqayisədə 355935 resurs daha çoxdur.
Adı çəkilən şirkətin hesabatına əsasən, 2013-cü il mühüm dəyişikliklər baş verib: internet saytların sayı 33% artıb və Edvard Snoudenin ifşaedici açıqlamaları fonunda trafikin şifrlənməsi problemi, həmçinin “Microsoft IIS” serverinin bazar payı 30%-dək, “Apache” serverində isə 14% azalma müşahidə olunub, halbuki “Nginx” və ixtisaslaşdırılmış “bulud” serverlərində artım qeydə alınıb. Bir ildə “Nginx” serverinin bazar payı təxminən 16% artıb və hazırda o, “IIS” serverindən cüzi geri qalır.
“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, qlobal şəbəkənin strukturuna daxil olan saytların ümumi sayı xeyli artıb: 2013-cü ilin əvvəlində onların sayı təxminən 630 milyon olub, halbuki hazırda 861 milyonu (+37%) ötür.
2013-cü ilin ikinci yarısında (Edvard Snoudenin ifşaedici açıqlamaları ilə eyni anda) SSL trafikin şifrlənməsi texnologiyasının populyarlığı yüksək pik nöqtəsinə çatıb: şəbəkədə ən çox ziyarət olunan milyon saytın 48%-i SSL protokolunu dəstəkləyir.
Bütün bunlara baxmayaraq, “Apache” veb-serveri analoqları arasında daha populyardır və bir ildə onun bazar payı 200 milyon sayt artıb.
Emil Hüseynov
07/01/14 Çap et