Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“LG” şirkəti nəbzin ölçülməsi funksiyası ilə təchiz edilmiş qulaqlıq təqdim edib
“LG” şirkəti yanvarın 6-da mətbuat konfransında “Heart Rate Earphones” adlı qulaqcıq təqdim edib. Qurğuya nəbzölçən quraşdırılıb.
“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, qurğuda istifadə edilən nəbz datçiki “PerformTek” şirkəti tərəfindən hazırlanıb. Qurğu nəbzi qulaq sırğalığında qanın vurmasının izlənməsi yolu ilə hesablayır.
Qulaqcıq naqillə işləyir, lakin “Bluetooth” ilə qoşulmanı dəstəkləyir. O, “Lifeband Touch” fitnes qolbağı ilə əlaqə yaradılmasına görə lazımdır. “LG” şirkəti qulaqlıqla eyni zamanda fitnes qolbaq da təqdim edib.
Qolbaq ələ taxılır və onu, həmçinin “Android” və “iOS” platforması ilə işləyən smartfon və ya planşetlə əlaqələndirmək olar. O, saat və fitnes-treker funksiyalarını yerinə yetirir: addımların sayını, qət edilmiş məsafəni və atılmış kalorini göstərir.
Qolbaq OLED texnologiyasına əsaslanan sensor ekranla təchiz edilib. Onun başqa xarakteristikaları hələ açıqlanmayıb.
Qulaqlıq və fitnes qolbaq 2014-cü ilin birinci yarısında çıxarılacaq. İlk öncə ABŞ-da satışa çıxarılacaq. “LG” şirkəti yeniliklərin qiymətini elan etməyib.
Emil Hüseynov
07/01/14 Çap et