Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nazirlər Kabineti “Qanunsuz müdaxilə aktları ilə bağlı təqdim edilmiş rabitə xidmətlərinə görə haqqın ödənilməsi Qaydası və Şərtləri”ni təsdiqləyib



Nazirlər Kabineti (NK) “Qanunsuz müdaxilə aktları ilə bağlı təqdim edilmiş rabitə xidmətlərindən istifadə Qaydaları”nın və “Qanunsuz müdaxilə aktları ilə bağlı təqdim edilmiş rabitə xidmətlərinə görə haqqın ödənilməsi Qaydası və Şərtləri”nin təsdiq edilməsi barədə qərar qəbul edib.
 
Bu barədə “ICTnews” elektron xəbər xidmətinə NK-dan məlumat verilib. Məlumatda bildirilir ki, NK sözügedən qərarı “Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı”nın və “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanının 3.1.12-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə verib.
 
 Qeyd edək ki, qərar 28.12.2013-cü il tarixində imzalanıb və həmin gündən də qüvvəyə minib.
 
SEYMUR
 




07/01/14    Çap et