Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ-da rəqəmli musiqilərin satış həcmi ilk dəfə azalıb


Yüklənilən musiqi formatlarının yaranması anından etibarən ilk dəfə ABŞ-da bu seqmentdə satışların həcmi azalıb. Bu halda analoq musiqisi (vinil plastinkaları) yeni yüksəliş dövrünü yaşayırlar.

“Billboard” hesabatına əsasən, 2013-cü ildə rəqəmli formatda ayrı-ayrı musiqi parçalarının satış həcmi 5,7%, albomlar isə 0.7% azalıb.

“ICTnews” elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, CD formatlı musiqilərin satış həcmi bir ildə 14,5% azalıb. Bu halda 2013-cü ildə vinil plastinkaların populyarlığı 31,9% artıb. Hazırda ABŞ-da satılan bütün albomların 2 faizini vinil vallar təşkil edir, 40,6 faiz yüklənən albomların, 57,2 faizi CD-lərin və 0,2 faizi kaset və DVD-lərin payına düşür.

Emil Hüseynov
 
 




07/01/14    Çap et