Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bakı ətrafı qəsəbələrdə yeni CDMA baza stansiyaları qurulacaq
Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) Ələt qəsəbəsində vətəndaşların telefon rabitəsinə olan tələbatının ödənilməsi məqsədilə CDMA baza stansiyasının qurulmasını planlaşdırır. Bakı və ətraf qəsəbələrdə aparılan monitorinqlər zamanı daha bir neçə yerdə stansiyaların qurulmasına ehtiyac yarandığı məlum olub.
Qobustan qəsəbəsi Bakının CDMA bazasının əhatə dairəsinə qatılan qəsəbələrin siyahısına daxil edilib. Növbəti mərhələdə Ələt qəsəbəsində avadanlığın qurulması planlaşdırılır. BTRİB-dən verilən məlumata görə, hazırda Bakıda 24 baza stansiyası var. Yaxın zamanlarda baza stansiyalarının qurulacağı yerləri təyin etmək üçün test işləri aparılacaq.
Qeyd edək ki, avadanlıqlar “Huawei” şirkətindən alınıb və şəbəkə üzrə ümumi tutum 20 min nömrəyə çatdırılıb.
RƏVAN
08/01/14 Çap et