Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İKT sahəsində fəaliyyət göstərən sahibkarlar İTİDF-nin güzəştli kreditlərindən faydalana biləcəklər
İnformasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri cari ildən İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun vəsaitindən (güzəştli kreditlər şəklində) faydalana biləcəklər.
Sahibkarlar güzəştli kreditlərdən yararlanmaq üçün müvəkkil banklara müraciət edə bilərlər. Müvəkkil banklar isə "Paşa Bank" ASC, "Bank Respublika" ASC, "Dəmir Bank" ASC, "Bank BTB" və "Rabitə Bank" ASC-dir.
Qeyd edək ki, kreditlərə tətbiq olunan illik faiz dərəcəsi 5 faizdir və 10 ilədək müddətə verilir.
SEYMUR
08/01/14 Çap et