Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda bələdiyyələrin vergi və ödənişlərinin uçotu elektron qaydada aparılacaq


Vergilər Nazirliyi bələdiyyələrin vergi və ödənişlərinin elektron uçotunun tətbiqi üzrə pilot layihəyə start verib.
 
Adıçəkilən nazirliyin yaydığı  məlumata görə, 2014-cü ildə Bakı şəhərinin Binəqədi, Abşeron rayonunun Saray və Şəmkir rayonunun Şəmkir bələdiyyələrində yerli (bələdiyyə) vergilərin ödəyiciləri olan fiziki şəxslərin, habelə yerli (bələdiyyə) vergi və ödənişlərin elektron uçotunun tətbiqi üzrə pilot layihə həyata keçiriləcək.
 
Layihə çərçivəsində üç ay müddətində Bakı şəhərinin Binəqədi, Abşeron rayonunun Saray və Şəmkir rayonunun Şəmkir bələdiyyələrinin vergi xidməti orqanlarının əməkdaşları üçün yerli (bələdiyyə) vergilərin ödəyiciləri olan fiziki şəxslərin, habelə yerli (bələdiyyə) vergi və  ödənişlərin elektron uçotunun aparılması qaydalarının izahı ilə bağlı seminarların keçirilməsi planlaşdırılır. Bundan əlavə yerli (bələdiyyə) vergilərin ödəyiciləri olan fiziki şəxslərin, habelə yerli (bələdiyyə) vergi və ödənişlərin elektron uçotunun tətbiqinə texniki yardım göstərilməsi üçün mövcud mütərəqqi beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə zəruri tədbirlərin görülməsi də nəzərdə tutulur.
 
Bundan əlavə, ərazi vergi orqanlarının rəhbərlərinə Vergilər Nazirliyinin  Tədris Mərkəzində treninq keçmiş təlimçilər tərəfindən (Bakı şəhərinin Binəqədi, Abşeron rayonunun Saray və Şəmkir rayonunun Şəmkir bələdiyyələri istisna olmaqla) bələdiyyələrin vergi xidməti orqanlarının əməkdaşları üçün elektron uçotunun aparılması qaydalarının izahı ilə bağlı müvafiq seminarların keçirilməsini təmin etmək tapşırılıb.
 
CAHANGİR




09/01/14    Çap et