Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“HP” daha 5 min əməkdaşı ixtisar edəcək


“Hewlett-Packard” (HP) kompüter istehsalçısı ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasına (U.S. Securities and Exchange Commission) şirkətdə aparılacaq yeni ixtisarlarla bağlı maliyyə hesabatı göndərib.  

“HP” 2012-2014-cü illər ərzində 27 min əməkdaşı işdən azad etmək niyyətində olsa da, sonradan bu rəqəm 29 minə çatdırılıb. Hazırda isə istehsalçı ümumilikdə 34 min işçi yerini ixtisar etməyi planlaşdırır ki, bunun da 24,6 mini artıq ixtisara düşüb. İşdən azad ediləcək işçilərin qalan hissəsi 31 dekabr 2014-cü ilədək (həmin gün HP üçün maliyyə ili başa çatacaq) şirkəti tərk edəcək.

Hazırda ABŞ istehsalçısının dünya üzrə ştat vahidi 317,5 min işçi təşkil edir. Bu isə o deməkdir ki, şirkət bir neçə il ərzində işçi heyətinin təxminən 11 faizini ixtisar edəcək ki, bu da baş direktor Meq Uitmanın planının tərkib hissəsidir. Xanım M.Uitmen “HP”-yə 2011-ci ildə - şirkətin mədaxili fərdi kompüterlərə tələbatın azalması və korporativ həllər bazarında rəqabətin güclənməsi fonunda rəhbərlik etməyə başlayıb.

Rəhbər vəzifəyə gələn M.Uitmen məqsədi xərclərin azaldılması olan şirkətin strukturunun yenidən təşkilinə başlayıb. Hazırda isə şirkət işçi qüvvəsinin  çoxaldılması səbəbindən xərcləri 15 faiz artıraraq 4,1 milyard dollara çatdırıb.

Ötən rübdə (2013-cü il avqust-oktyabr) “HP”-nin kompüter biznesinin gəliri illik hesablamada 2 faiz azalıb. “HP” brendli fərdi kompüterlərin tədarük həcmi 5 faiz, mobil fərdi kompüterlər seqmenti 3 faiz aşağı düşüb. Şirkət proqram təminatı sahəsində bir il əvvəlkindən 9 faiz az qazanc əldə edib, server biznesi isə bir il əvvəlkindən 10 faiz çox mədaxil gətirib.

2013-cü maliyyə ilinin yekunları üzrə şirkətin mədaxili 112,29 milyard dollar, xalis gəliri 5,11 milyard dollar təşkil edib. Bir il əvvəl xalis itkilər 12,65 milyard dollar olub.

M.Uitmenin şəxsi var-dövləti 1,9 milyard dollar dəyərində qiymətləndirilir. O, var-dövlətinin çox hissəsini 1998-2007-ci illərdə “eBay” şirkətinin baş direktoru vəzifəsini tutanda qazanıb, - "DailyComm www.dailycomm.ru” yazır.




09/01/14    Çap et