Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows Phone” ən sürətli artım tempi olan smartfonların əməliyyat sistemidir


"Windows Phone" 14 ölkədə populyarlığına görə ikinci əməliyyat sistemidir. Bundan əlavə, 24 ölkəyə satış üçün "iPhone"dan çox "Windows Phone" ilə smartfonlar göndərilmişdir.  "Windows Phone"lu smartfon modelləri sırasında daha böyük uğur qazanan  "Nokia Lumia 928/1020/1520", "Lumia 520/625/1320" və "Huawei W1/W2" misal gətirmək olar. Bir çox ölkələrdə satışların həcmi Milad Bayramı ərəfəsində xüsusən artmışdır.
 
 
 Bu barədə məlumat verən İKT İnformasiya Mərkəzi "iPhone"dan çox "Windows Phone" bazasında smartfonlar göndərilən ölkələrin siyahısını da təqdim edib. Siyahıda Çili, Kolumbiya, Çexiya, Misir, Ekvador, Finlandiya, Yunanıstan, Macarıstan, Hindistan, İtaliya, Keniya, Küveyt, Malayziya, Meksika yer alır. Bundan başqa, bu sıraya Nigeriya, Pakistan, Peru, Polşa, Səudiyyə Ərəbistanı, CAR, Tailand, Ukrayna, BƏƏ, Vyetnam daxildir. Satıcılara görə, ikinci əməliyyat sistemi olan ölkələrin siyahısında isə Hindistan, Meksika, İtaliya, Çili, Tailand, Vyetnam, Malayziya, Polşa, CAR, Ukrayna, Macarıstan, Finlandiya, Çexiya, Yunanıstan sıralaması yer alıb.
 
Həqiqət İSABALAYEVA




09/01/14    Çap et