Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
ABŞ xüsusi xidmət orqanı kodlara müdaxilə üçün superkompüterin yaradılmasına 40 milyon dollar ayırıb
ABŞ Milli Təhlükəsizlik Agentliyi (MTA) istənilən tip kriptoqrafiya şifrəsinə müdaxilə üçün kvant superkompüteri yaratmağa çalışır. Bu barədə Edvard Snouden tərəfindən təqdim olunmuş sənədlərə istinadən “Washington Post” qəzeti cümə günü yazıb.
“ICTnews” elektron xəbər xidməti “1prime.ru” saytına istinadən bildirir ki, jurnalistlərin əlinə keçən materiallara əsasən superkompüterin hazırlanması “Penetrating Hard Targets” xüsusi proqramı tərəfindən maliyyələşdirilir.
Proqrama 39,7 milyon dollar ayrılıb və onun çərçivəsində əsas tədqiqatlarla Merilend ştatında Kollec-parkda yerləşən fiziki laboratoriyada məxfi əməkdaşlar məşğul olurlar.
Hərçənd ki, hazırda dünyanın bir çox alimləri kvant kompüteri modelini yaratmağa çalışır, lakin MTA Avropa Birliyi və İsveçrəni öz əsas rəqibi hesab edir.
Emil Hüseynov
09/01/14 Çap et