Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Ağıllı” çarpayı təqdim olunub
“Sleep Number” şirkəti “CES 2014” sərgisində “x12” adlı yüksəktexnologiyalı çarpayı nümayiş etdirib. Çarpayı yuxu zamanı istifadəçinin vəziyyəti haqqında məlumatları toplayır və onları serverə yükləyir. Bundan sonra toplanılmış informasiya ilə tanış olaraq yuxunun mərhələləri və istirahət effektivliyi haqqında öyrənmək olar.
“ICTnews” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “Sleep Number x12” çarpayısı konstruksiyasındakı üfürülən yastıq dəsti sayəsində insan anatomiyasına sazlana bilər.
“X12” çarpayısı artıq fevralda təxminən 8 min dollara satışa çıxarılacaq.
Emil Hüseynov
09/01/14 Çap et