Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Apple” və “Samsung” şirkətləri barışacaq?
“Apple” və “Samsung” şirkətlərinin direktorları patent mübahisəsinin məhkəmədən kənar həllini müzakirə etmək məqsədi ilə təkbətək görüş keçirəcəklər. Rəhbərlər bir neçə dəfə məsələni danışıqlar yolu ilə həll etməyə çalışıblar, lakin barışıq əldə olunmayıb.
“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Apple” və “Samsung” şirkətləri 2011-ci ildən patent mübahisəsi ilə əlaqədar mübarizə aparırlar. Hər bir şirkət öz əqli mülkiyyət hüquqlarının pozulmasında rəqibinin günahkar olduğunu sübut etməyə çalışır. Hələ ki “Apple” şirkəti uğur qazanıb, o, məhkəmə vasitəsilə rəqibindən ümumilikdə 930 milyon dollar alıb. “Apple” şirkəti hüquq şirkətinə təxminən 60 milyon dollar ödəyib.
Növbəti məhkəmə iclası 2014-cü ilin martında baş tutacaq: “Apple” şirkəti iddiaçı, “Samsung” isə cavabdeh olacaq. Fevralın 19-u tarixinədək baş direktorlar Tim Kuk və Kvon Hyun vəkillərin köməyi ilə yüksək səviyyədə münaqişənin həlli imkanını və lisenziya sazişinin nəticələrini müzakirə edəcəklər.
Emil Hüseynov
09/01/14 Çap et