Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sığortaolunanın onlayn uçota alınması xidməti “Elektron hökumət” portalına əlavə edilib


“Elektron hökumət” portalı vasitəsilə növbəti olaraq “Sığortaolunanın onlayn uçota alınması” xidməti ictimaiyyətin istifadəsinə verilib. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu xidmət vasitəsilə sığortaolunanların məcburi dövlət sosial sığorta sistemində onlayn uçotu həyata keçirilir.
 
Elektron xidmətin göstərilməsi nəticəsində Dövlət Sosial Müdafiə Fondunun departamentləri, rayon (şəhər) şöbələri, Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələri sığortaolunanlar haqqında sığortaedən tərəfindən təqdim edilmiş elektron ərizələrə əsasən hər bir sığortaolunan üçün fərdi şəxsi hesab açır və onun soyadı, adı, atasının adı, doğulduğu tarix, doğulduğu yer, cinsi və sosial sığorta nömrəsi (SSN) əks olunan dövlət sosial sığorta şəhadətnaməsini rəsmiləşdirir.
 
Qeyd edək ki, istifadəçiləri hüquqi və fiziki şəxslər olan interaktiv növlü elektron xidmət ödənişsiz həyata keçirilir.

CAHANGİR




10/01/14    Çap et