Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Gmail” poçt xidmətinin istifadəçilərinə naməlum ünvanlara məktub göndərməyə icazə verilib
"Google"un bloquna əsasən, "Gmail" poçt xidmətinin istifadəçilərinə elektron ünvanları naməlum insanlara məktub göndərməyə icazə verilib.
Poçt ünvanı haqqında informasiya "Google+" sosial şəbəkəsindən götürülür. Məktubu göndərmək üçün "Qəbul edən" sahəsinə insanın adını daxil etmək lazımdır. Əgər həmin insan "Google+" sosial şəbəkəsində qeydiyyatdan keçibsə, o zaman məktubu alacaq.
"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, məktubun ünvana getməsinə baxmayaraq, qəbul edən şəxsin "e-mail"i göndərən şəxsə məlum olmayacaq. Məktuba cavab verdiyi halda onun kimliyi məlum olacaq.
Əgər "Google+" sosial şəbəkəsinin istifadəçisi onun ünvanını bilməyən şəxslərin ona məktub göndərməsini istəməsə, "Gmail" poçt sisteminin "Sazlamalar" bölməsində "Google+ vasitəsilə məktub göndərmək" bölməsində müvafiq punktu seçə bilər.
"Gmail" dörd məxfilik səviyyəsini nəzərdə tutur.
Emil Hüseynov
10/01/14 Çap et