Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni “Confide” messencerində mesajlar yoxa çıxır



"iOS" platforması üçün yeni "Confide" messencerində mesajlar oxunduqdan sonra yoxa çıxır. "Patch" xəbər saytının həmtəsisçisi Con Brod və "Yext" startapının direktoru Hovard Lerman tərəfindən hazırlanmış ödənişsiz proqram "iTunes" onlayn mağazasında əlçatandır.
 
"Səsləndirilmiş sözlər eşidildikdən sonra yoxa çıxır. Lakin onlayn danışılan sözlər həmişəlik qalır. Bizə elə gəlir ki, bu dəlilikdir" – "Confide" messencerinin təsvirində yazılıb.
 
"ICTnews" elektron xəbər xidməti "gazeta.ru" saytına istinadən bildirir ki, Brodun sözlərinə görə, Lerman ona əməkdaşlıq haqqında elektron məktub yazıb. Brod bu məsələni elektron poçtla deyil, telefonla müzakirə etmək istəyib.
 
O deyib ki, onların tətbiqi "Snapchat" və bu kimi proqramlardan yoxa çıxan mesajlarla fərqlənir, çünki istifadəçilər telefon kontaktları vasitəsilə deyil, elektron poçt ünvanları ilə əlaqə qururlar.

Emil Hüseynov




10/01/14    Çap et