Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2013-cü ilin dördüncü rübündə qlobal fərdi kompüterlərin tədarük həcmi 6.9% azalıb
“Gartner” şirkətinin yeni araşdırmasına əsasən, 2013-cü ilin dördüncü rübündə fərdi kompüterlərin qlobal tədarüklərinin həcmi 6.9% azalıb.
Ekspertlərin hesablamalarına görə, 2013-cü ilin oktyabr-dekabr aylarında 82,6 milyon FK tədarük edilib. Tədarük həcminin azalması artıq yeddi rüb ardıcıl müşahidə olunur.
“Lenovo” və “HP” şirkətləri qlobal FK tədarükünün həcminə görə lider olublar. Siyahıda, həmçinin “Dell”, “Acer” və “Asus” şirkətləri yer alıb.
Emil Hüseynov
10/01/14 Çap et