Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2014-cü ildə İT qurğularının tədarükü 7,6 faiz artaraq 2,5 milyard ədədə çatacaq



2014-cü ildə İT qurğuların, o cümlədən fərdi kompüter, noutbuk, planşet və mobil telefonların dünya üzrə tədarük həcmi 7,6 faiz artaraq 2,5 milyard ədəd təşkil edəcək. Bu barədə "Gartner" analitik şirkətinin apardığı tədqiqatda deyilir.  

Bu il tədarük həcmi 1,89 milyard ədədə çatacaq mobil telefon və smartfonlar yenidən ən çox paya sahib olacaq. Lakin 2013-cü illə müqayisədə bu qurğuların tədarük həcmində yalnız 5 faizlik artım qeydə alınacaq, artımın əsas qüvvəsi isə planşet və hibrid texnikası olacaq. Planşet və hibrid texnikasının ümumi tədarükü 2013-cü illə müqayisədə 54 faiz artaraq 300 milyon ədədədək yüksələcək.

"Gartner"in tədqiqatlar üzrə direktoru Rancit Atvalın sözlərinə görə, planşetlər üçün istifadəçiləri cəlb edən əsas amil qurğuların orta qiymətinin aşağı salınması olacaq. Bununla yanaşı, daha yaxşı mobilliyi təmin edən ekran diaqonalı kiçik modellərin populyar olacağı gözlənilir.

2014-cü ildə masaüstü sistemlər və noutbuklar daxil olmaqla fərdi kompüterlərin tədarük həcmi 277,9 milyon qurğu həddinə çataraq ötən illə müqayisədə 7 faiz azalacaq.

"Gartner"in məlumatına görə, əməliyyat sistemləri bazarında birincilik cari ildə bu sistemlə işləyən texnikanın dünya tədarükünün 26 faiz artaraq 1,1 milyard qurğu təşkil edəcəyi "Android" əməliyyat sisteminə məxsus olacaq. "Android" sistemli qurğuların sayı inkişaf etməkdə olan ölkələr bazarında ucuz texnikaya tələbatın artması sayəsində yüksələcək.  

İkinci və üçüncü yeri 360 və 344 milyon göstərici ilə müvafiq olaraq "Windows" və "iOS/Mac OS" sistemləri tutacaq. Bundan başqa, 2014-cü ildə tədarükü 4,8 milyon ədədi ötəcək "Chrome OS" əməliyyat sisteminin 250 faizdən çox artım nümayiş etdirəcəyi proqnozlaşdırılır, - "Digit www.digit.ru" yazır.   





10/01/14    Çap et