Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

MTRŞ-nin internet televiziyaları ilə bağlı mövqeyi açıqlanıb


“İnternet televiziyalarından başqa digər telekanallar lisenziyalaşdırılır. Amma internet televiziya hələ tam lisenziyalaşdırılmır”.
 
Bu fikirləri mətbuata verdiyi açıqlamasında Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli söyləyib.
 O bildirib ki, dünyada bununla bağlı  müəyyən qaydalar qəbul olunmayıb və bu, ən ciddi məsələlərdən biri hesab olunur:
 
“Hamı bunu həll etməyə çalışır, amma necə tənzimlənməsini müəyyən edə bilmir. Çünki bunun mexanizmi yoxdur. Mənim fikrimcə, televiziya kanalı fərqli olmur. İstər efir, istər peyk, istər mobil, istərsə də internet yolu ilə yayımlansın”.
 
 N.Məhərrəmlinin sözlərinə görə, Avropa Şurasına üzv olan ölkələrin, demək olar, hamısında bu yöndə müzakirələr gedir: “Ümumi qayda qəbul olunacaqsa, biz də o qaydalardan istifadə edəcəyik. Amma biz bu məslə ilə bağlı hər hansı bir eksperiment etməyəcəyik”.
 
Seymur
 
 
 




10/01/14    Çap et