Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Mərkəzləşdirilmiş, Avtomatlaşdırılmış Radiomonitorinq Şəbəkəsinin Sahil məntəqəsində avadanlıqlar quraşdırılır
Azərbaycanın Mərkəzləşdirilmiş, Avtomatlaşdırılmış Radiomonitorinq Şəbəkəsinin Sahil məntəqəsi üçün nəzərdə tutulmuş avadanlıqlar ölkəyə gətirilib və quraşdırılmasına başlanılıb.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsindən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, layihə mərhələli şəkildə həyata keçirilir və ötən il ərzində şəbəkənin Bakı və Abşeron hissəsi üzrə 2 stasionar, 1 mobil və 1 idarəetmə mərkəzi yaradılaraq istifadəyə verilib.
"Növbəti mərhələ çərçivəsində bu il ərzində Sahil radiomonitorinq məntəqəsində daha bir stasionar monitorinq stansiya quraşdırılacaq", - deyə DRİ-də bildiriblər.
Layihənin həyata keçirilməsində "Sinam" şirkəti, Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Dövlət Radiotezliklər İdarəsi, "Test Solutions"in nümayəndələri iştirak edirlər. Layihənin Bakı və Abşeron seqmentinin yaradılması üçün dövlət büdcəsindən 17 milyon manat ayrılıb.
Monitorinq şəbəkəsinin yaradılması layihəsi çərçivəsində Yeni Günəşlidə, Mehdiabadda və Gəncədə yerləşən üç mərkəzləşdirilmiş radiomonitorinq sistemi məntəqəsindən istifadə edilir.
Aynur Vəliyeva
10/01/14 Çap et