Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ötən il Azərbaycanda elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 1,6 dəfə artıb



Ölkədə 2013-cü ildə elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 2012-ci ilə nisbətən 1,6 dəfə artaraq 2,6 milyon manat təşkil edib.

Azərbaycan Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhali onlayn rejimi vasitəsilə sifariş verdikləri istehlak mallarının 82,6 faizini hüquqi, 17,4 faizini fiziki şəxslərin ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 89,7 faizini qeyri-ərzaq malları təşkil edib.
 
CAHANGİR




11/01/14    Çap et