Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan turizminin geoloji informasiya sistemi sosial şəbəkələrə inteqrasiya edilir


Azərbaycan turizminin geoloji informasiya sistemi sosial şəbəkələrə inteqrasiya edilir. Bu barədə "Sinam" şirkətinin biznesin inkişafı üzrə direktoru İslam Əhmədov deyib. Sistem guide-map.az portalında yerləşir. Onun yaradılması üzərində işlər "Sinam" şirkəti tərərfindən aparılıb. Layihənin sifarişçisi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyidir. Əhmədovun sözlərinə görə, sosial şəbəkələrə inteqrasiya respublikanın elektron xəritəsinə əlavələri, xüsusilə turizm obyektlərinin, muzeylərin, tibbi müəssisələrin və digər infrastrukturun koordinatları və yerləşməsi haqqında məlumatı operativ şəkildə daxil etməyə imkan verəcək. "Layihə öz-özlüyündə Azərbaycanda ilk layihədir. Sosial şəbəkə iştirakçıları bu və ya digər görməli yerlərə daxil olaraq, onunların yerləşdiyi yeri elektron xəritədə qeyd edə, link göndərə bilərlər. Bu, obyekt sahiblərinin qeydiyyat imkanlarını da asanlaşdıracaq", - Əhmədov qeyd edib. Geoloji informasiya layihəsi istifadəçilərə axtarış aləti və respublikanın elektron xəritəsində turizm obyektlərinin, muzeylərin, xəstəxana və digər obyektlərin yerləşdiyi yerlərə baxmaq, turizm obyektləri haqqında məlumat əldə etməyə imkan verir. Virtual baza məlumat bazası ilə iş üzrə əməliyyatları tamhəcmli virtuallaşdırmada üstünlük təşkil etməklə birləşdirir. Layihənin əsas məqsədi informasiya sisteminin verəcəyi bütün imkanlardan gündəlik istifadənin təminidir. Elektron xəritə 60 mindən çox yer, şəhərlər, yaşayış məntəqələri, tarixi və mədəniyyət abdiələrini, bina və tikililəri, 43 min kilometrdən çox yolları (yol hərəkəti qaydaları və yol nişanları daxil olmaqla), 23 min kilometrdən çox meşə və yaşıl zonaları və s. əhatə edir.




16/08/11    Çap et