Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çin istehsalçıları hərbi kvant kompüteri üzərində işləyir


Ötən həftə gündəmə ABŞ-ın Milli Təhlükəsizlik Agentliyində kvant kompüter istehsal edəcəyi haqda məlumat yayıldı, bu gün isə oxşar xəbər Çindən gəlib.
 
“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, Çində kriptoqrafiya ehtiyaclarına görə kvant sistemi yaradılır.
 

Çinin Milli Elm Fondu 2013-cü ildə əsasında güclü hesablama qurğusu yaradıla biləcək 90 kvant layihəsini maliyyələşdirib.
 
“Hərbçilər və hökumət üçün kvant kompüterlərinin dəyəri həmişə o qədər yüksək olub ki, qiymət burada müəyyənedici faktor olmayıb. Biz vətənimizə Qərbə çatmaqda kömək etmək niyyətindəyik”, - deyə Çjenzyana Universitetinin professoru Vonq Hoya deyib.
 
Akademik və hərbi dairələri birləşdirən layihə çərçivəsində Çində Xefeedə xüsusiləşdirilmiş elmi mərkəz yaradılıb, burada müvafiq texnologiyalar, o cümlədən kvant çipləri, lazer və maqnit sahəsi üzərində işlər aparılır.
 
Çində deyirlər ki, güclü maqnit sahəsi vasitəsilə işləyən kvant kompüterlərinin layihələşdirilməsi ilə məşğul olacaqlar, hansı ki, kvant bitlərini idarə edəcəklər.
 
Xatırladaq ki, Edvard Snoudenin bu yaxınlarda dərc etdiyi sənədlərdə göstərilib ki, ABŞ Təhlükəsizlik Agentliyi müasir kriptoqrafiya sistemlərinin sındırılmasına yönəldilmiş  kvant kompüterinin hazırlanmasına 80 milyon dollar ayırıb.
 
Aynur Vəliyeva
 




11/01/14    Çap et