“Windows 9” 2015-ci ilin aprelində buraxılacaq
“Microsoft” korporasiyası “Windows 9” əməliyyat sistemini 2015-ci ilin aprelində buraxmağı planlaşdırır. Bu barədə rəsmi məlumatın korporasiyanın tərtibatçılar üçün aprelin 2-4-də ABŞ-da keçiriləcək “Build 2014” tədbirində veriləcəyi gözlənilir.
Əməliyyat sisteminin yeni adla buraxılmasında məqsəd “Windows”un imicinin geri qaytarılması və “Windows 8”-də tənqid olunan funksiyaların yaxşılaşdırılmasıdır. Hazırda yeni sistemdə hansı dəyişikliklərin ediləcəyi barədə məlumat verilmir. Lakin bəzi məlumatlara görə, “Microsoft” əlavələrin və interfeysin yaxşılaşdırılması üzərində iş aparacaq. Bundan başqa, ABŞ korporasiyasına məxsus əməliyyat sistemində “Start” düyməsinin tam şəkildə yer alacağı gözlənilir.
2012-ci ilin oktyabrında buraxılan hazırkı “Windows 8” əməliyyat sistemində əsas dəyişikliklər sensor ekranlı planşet kompüter və digər qurğularda işin sadələşdirilməsinə yönəlib. Lakin "IDC” analitik şirkətinin məlumatına görə, 2013-cü ilin yekunları üzrə “Windows”un planşetlər bazarında payı 3,4 faizi ötməyib, - “Digit
www.digit.ru” yazır.