Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nokia Lumia 1320” Malayziyada yanvarın 17-də çıxarılacaq


“Nokia Lumia 1320” fableti Malayziyada yanvarın 17-də çıxarılacaq. Aparat 720x1280 təsvir ölçülü 6 düymlük ekran, “Qualcomm Snapdragon S4” ikinüvəli prosessoru, 1 QB əməli yaddaş və 8 QB daxili yaddaşla təchiz edilib.
 
“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, smartfon 64 qiqabayta qədər yaddaş kartlarını dəstəkləyir. Bundan başqa, “Lumia 1320” fableti 0,3 meqapiksellik ön və 5 meqapiksellik əsas kamera ilə təchiz edilib. Akkumulyator batareyasının tutumu 3400 milliamper/saat təşkil edir.
 
Qurğu qara, sarı və ağ rənglərdə əlçatan olacaq. “Lumia 1320” cihazının qiyməti təxminən 369 dollar təşkil edir.
 
Emil Hüseynov




13/01/14    Çap et