Bill Qeyts dünyanın ən populyar adamı seçilib
Aparılan beynəlxalq sorğunun nəticələrinə görə, “Microsoft” korporasiyasının təsisçisi Bill Qeyts hazırda dünyanın ən populyar insanlarından biridir.
Populyarlığına görə ikinci yeri ABŞ prezidenti Barak Obama, üçüncünü Roma Papası Fransiskini qabaqlayan Rusiya prezidenti Vladimir Putin tutub.
Liderlər onluğuna Çin Xalq Respublikasının sədri Si Szinpin (6-cı yer), investor-milyarder Uorren Baffet (8-ci yer) də daxildir. Onluqda ümumilikdə dörd Hindistan nümayəndəsi yer alıb. 30 ən populyar insan siyahısında isə bu ölkənin yeddi nümayəndəsi var.
ABŞ-da ən hörmətli insan Barak Obamanı xeyli üstələyən Roma Papası olub.
B.Qeyts Çində keçirilən sorğuya da başçılıq edir. Orada onun reytinqi Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Si Szinpindən iki dəfə yüksək olub.
Britaniyalılar arasında dünyanın ən populyar şəxsi Stiven Hokiq seçilib.
“You.Gov” şirkəti tərəfindən “Times” qəzeti üçün keçirilən sorğuda dünyanın 13 ölkəsindən (Avstraliya, Braziliya, Böyük Britaniya, Almaniya, Misir, Hindistan, İndoneziya, Çin, Nigeriya, Pakistan, Rusiya, ABŞ, Fransa) təxminən 14 min adam iştirak edib, - “IT Expert
www.itexpert.org.ua” yazır.