Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
20 Yanvar faciəsinin 24-cü ildönümünün keçirilməsi ilə bağlı RİTN-in Tədbirlər Planı təsdiq edilib
20 Yanvar faciəsinin 24-cü ildönümünün keçirilməsi ilə bağlı Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Tədbirlər Planı təsdiq edilib. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov tərəfindən təsdiqlənən Tədbirlər Planında rabitəçi şəhid ailələrinə yardımlar edilməsi, “Rabitə dünyası” qəzetində və rabitə müəssisələrinin elan tablosunda rabitəçi şəhidlər haqqında geniş məlumatın verilməsi, eləcə də matəm günü ilə əlaqədar müəssisələrdə yığıncaqların keçirilməsi nəzərdə tutulur.
Bununla yanaşı, sözügedən Tədbirlər Planında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində şəhidlər haqqında guşənin yaradılması, RİTN və rabitə müəssisələri işçilərinin Şəhidlər Xiyabanını ziyarət etməsi bəndləri yer alıb.
Qeyd edək ki, tədbirlərin icraçısı qismində RİTN-in Mətbuat xidməti, Ümumi şöbə, RİMHİRK və rabitə müəssisələri çıxış edirlər.
14/01/14 Çap et