Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Elmi cəmiyyətin innovativ inkişafı” adlı beynəlxalq elmi konfrans keçiriləcək
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə və vitse-prezidenti, akademik İbrahim Quliyev 23-25 yanvar tarixlərində Belarusa səfər edəcəklər.
Belarus Milli Elmlər Akademiyasının (BMEA) Rəyasət Heyətinin sədri, akademik Vladimir Qusakovun dəvəti ilə planlaşdırılmış səfərdə məqsəd BMEA-nın yaradılmasının 85 illiyi və Belarus Elm Günü münasibətilə təşkil olunacaq tədbirlərdə iştirak etməkdir. AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, tədbirlər çərçivəsində “Elmi cəmiyyətin innovativ inkişafı” adlı beynəlxalq elmi konfrans da keçiriləcək.
BMEA-nın Tarix Muzeyi və daimi fəaliyyət göstərən elm sərgisinə baş çəkmək də nəzərdə tutulur. Azərbaycanlı qonaqların BMEA-nın institut və digər təşkilatlarına ziyarəti, həmçinin, bədii tədbirlərdə iştirakı da gözlənilir.
Həqiqət İSABALAYEVA
14/01/14 Çap et