Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” termostat istehsalçısını satın alıb


“France-Presse” agentliyinin yaydığı məlumata əsasən, “Google” şirkəti ev üçün “Nest Labs” qabaqcıl texnika istehsalçısını 3.2 milyard dollara satın almaq niyyətindədir.
 
 
“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Google” şirkətinin baş direktoru Larri Peyc “Nest” istehsalçısı ilə bağlı deyib: "Siz artıq onların elektrik enerjisinə qənaətcil termostatlarını və ailənizin təhlükəsizliyini təmin edən tüstü və karbon qazı datçiklərini satın ala bilərsiniz".
 
“Nest Labs” şirkəti “Apple”ın keçmiş mühəndisləri Toni Fadell və Mett Rodjers tərəfindən yaradılıb. Fadell 2008-ci ilədək “Apple”da baş vitse-prezident vəzifəsində çalışıb, “iPod” pleyerləri və “iPhone” smartfonları üzərində işləyib. Rodjers “iPod” pleyerinin proqram təminatı üzrə aparıcı mütəxəssis olub.
 
Emil Hüseynov
 




14/01/14    Çap et