“Samsung” 46 düymlü ekranları 48 düymlü ekranlarla əvəzləyir
Ötən il 46 düym ekranlı televizor modellərinin populyar olmasına baxmayaraq Cənubi Koreyanın “Samsung” şirkəti və digər istehsalçılar diaqonalı bir qədər böyüdülmüş maye-kristal panellərdən (LCD) istifadəyə keçir.
Belə ki, 2014-cü ildən etibarən “Samsung” 46 düym diaqonallı ekranlara malik televizorları 48 düymlü ekranlarla əvəzləyəcək. Bununla yanaşı, Yaponiyanın “Sony” şirkəti artıq 48 düymlü maye-kristal televizor modellərini nümayiş etdirib, digər Cənubi Koreya istehsalçısı “LG” şirkəti 47 düymlü televizorların buraxılışına keçib. Oxşar planları Tayvan və Çinin maye-kristal panel istehsalçıları da səsləndirib. Yuxarıda qeyd edilənləri nəzərə alaraq deyə bilərik ki, tezliklə 46 düymlü televizorlar satışdan çıxarılacaq, - "HDTV
www.hdtv.ru” yazır.