Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Samsung” şirkəti “Galaxy Note 3” üçün “Android KitKat”ın təchizatına başlayıb
“Samsung Electronics” şirkəti “Android 4.4 KitKat” yenilənməsini smartfonların son nəsli üçün yaymağa başlayıb. İlk növbədə “KitKat”i “Samsung Galaxy Note 3” qurğularının istifadəçiləri başlayacaq.
“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, “Android”in yeni versiyasını istifadəçilər hələ ki, yalnız Polşada simsiz rabitədən istifadə etmədən “Kies” proqram təminatı vasitəsilə əldə edə bilərlər (şirkətdə ölkə seçimini şərh etmirlər).
Hələ ki, “KitKat” “Qualcomm Snapdragon” prosessoru əsasında işləyən, heç bir operatora bağlı olmayan “Note 3 SM-N9005” versiyasında təqdim edilir.
“Samsung” şirkəti “Note 3”-ü iki müxtəlif prosessor əsasında təqdim edir. Son nəsil “Samsung” smartfonları üçün “Android 4.3.1” versiyasının yayılmasına 2,5 ay bundan öncə başlanılıb.
“Samsung”da bildiriblər ki, “Android 4.4 KitKat” quraşdırdıqdan sonra qurğular məhsuldarlıqlarını və “4.4”-də reallaşdırılmış yeni funksiyalarını artıracaqlar.
“Google” şirkətinin statistikasına əsasən, “Android 4.4” sistemi hazırda yalnız 1,4% “Play Store” istifadəçisi tərəfindən istifadə edilir. İlkin olaraq bu sistemlə yalnız son “Google Nexus” və “Google Play Edition” təqdim edilirdi. “Samsung” şirkəti “KitKat”ı “Note 3” və “Galaxy S4” qurğuları üçün bütün dünyada təqdim edəndən sonra bu rəqəm yəqin ki, qısa vaxt ərzində 7-9%-dək artacaq.
Aynur Vəliyeva
14/01/14 Çap et