Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda proqram təminatı sahəsində piratçılıq 9 faiz azalıb



Azərbaycanda 2013-cü ildə piratçılığın səviyyəsi kitab nəşri sahəsində 2005-ci illə müqayisədə 61%-dən 30%-ə, audio-video məhsullar bazarında 90%-dən 67%-ə, proqram təminatında 96%-dən 87%-ə qədər aşağı düşüb.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə agentliyin 2013-cü il üzrə fəaliyyəti barədə qısa icmalda məlumat verilir.

Məlumatda bildirilir ki, agentlikdə müəllif-hüquq obyektlərinin nüsxələrinə yapışdırılan nəzarət markalarının fərdiləşdirilməsi üzrə elektron sistem yaradılıb, nəzarət markası yapışdırılan nüsxələrin smart tipli mobil telefon vasitəsilə orijinallığını müəyyən edən “Track & Trace” sistemi quraşdırılıb.

Bununla yanaşı, Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzində monitorinq, lisenziyalaşdırma və rəqəmli hüquqların idarəçiliyi sisteminin yaradılması üzrə işlər tamamlanma mərhələsinə çatdırılıb, interaktiv Tədris Mərkəzi fəaliyyətə başlayıb.

CAHANGİR




15/01/14    Çap et