Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Facebook” xəbərlərin oxunması xidmətini istifadəyə verəcək
Dünyanın ən böyük sosial şəbəkəsi “Facebook” yanvarın sonunda “Paper” mobil platformasını buraxmağa hazırlaşır. O, istifadəçilərin qurğularına həm peşəkar istehsalçı, həm də sosial şəbəkə istifadəçilərindən xəbərlər məzmununu tədarük edən mobil informator rolunu oynayacaq. Bu haqda öz mənbələrinə istinadən “Recode.net” saytı yazıb.
“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, məlumatlara görə, proqram mediakontent aqreqatoru “Flipboard” xidmətinə oxşardır.
Mənbə deyib ki, “Paper” sərbəst mobil tətbiq və ya mobil qurğular üçün veb-layihə kimi çıxarıla bilər. Güman edilir ki, proqram yanvarın sonunadək istifadəyə veriləcək.
“Facebook”un mətbuat katibi şərh verməkdən imtina edib.
Emil Hüseynov
15/01/14 Çap et