Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Radionomy” xidməti “Winamp” pleyerini satın alıb


Belçikanın  “Radionomy” internet radioverilişi xidməti “AOL” korporasiyasından “Winamp” pleyerini satın aldığını təsdiq edib. Bu barədə yanvarın 14-də “Radionomy” xidmətinin press-relizində deyilib.
 
“Winamp” pleyerindən başqa onunla əlaqəli “Shoutcast” internet radiosu da “Radionomy” şirkətinin mülkiyyətinə keçəcək. “Shoutcast” platformasını “Winamp” pleyerini hazırlamış “Nullsoft” şirkəti yaradıb.
 
Sazişin maliyyə şərtləri açıqlanmayıb. Belçikanın “De Tijd” qəzeti dəqiqləşdirib ki, “AOL” korporasiyası “Radionomy” xidmətini idarə edən “Radionomy Group” şirkətində pay sahibi olub.
 
“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, anonim mənbələrə istinadən “TechCrunch” nəşri deyib ki, “Radionomy” xidməti “Winamp” üçün 5-10 milyon ABŞ dolları ödəyib və “AOL” şirkət 12%-lik paya sahiblənib.
 
“Radionomy Group” şirkətindən bildirilib ki, “Winamp” və “Shoutcast” platformalarının satın alınması “Radionomy” xidmətini geniş auditoriya ilə tanış etməyə, həmçinin cari istifadəçiləri yeni məzmunla təmin etməyə icazə verəcək.
“Radionomy” xidmətinin kataloqunda təxminən 6 min stansiya yer alıb. Müqayisə üçün qeyd edək ki, “Shoutcast” kataloqu 50 mindən çox stansiyadan ibarətdir.
 
“Winamp” pleyeri 1997-ci ildə buraxılıb. Əsrlər ayrıcında o, üzlüklər, əlavələr və bir çox formatların dəstəklənməsi sayəsində ən populyar musiqi oxutma proqramlarından biri olub.
 
“AOL” korporasiyası “Winamp” pleyerini hazırlamış “Nullsoft” şirkətini 1999-cu ildə 80 milyon dollara satın alıb. 2013-cü il noyabrın 20-də “AOL” korporasiyası layihəni bağlamaq niyyətini elan edib. “Winamp” pleyerinin saytı dekabrın 20-də fəaliyyətini dayandırmalı idi, lakin o işləyir.
 
Emil Hüseynov




15/01/14    Çap et