Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni TV kanal yaradılır


Azərbaycanda yeni televiziya kanalı yaradılacaq. “ICTnews” xəbər xidmətinin məlumatına görə, bununla bağlı Milli Televiziya və Radio Şurasının (MTRŞ) keçirdiyi son iclasında qərar qəbul olunub.
 
Şuradan verilən məlumata görə, iclasda yeni televiziya yayım kanalının açılması imkanları araşdırılıb. Kanalın bütün respublika üzrə yayımlanması nəzərdə tutulub:
 
“Yeni ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadasında 37-ci TV yayım kanalı, 11-ci sektor olmaqla) müsabiqə elan olunub”.
 
Şura bildirir ki, müsabiqəyə sənəd qəbulu yanvarın 22-dən fevralın 22-dək aparılacaq.
 
SEYMUR




15/01/14    Çap et