Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Milli Təhlükəsizlik Agentliyi internetə çıxışa malik olmayan kompüterlərə belə müdaxilə edir
“The New York Times” nəşri yazır ki, ABŞ Milli Təhlükəsizlik Agentliyinin (MTA) minlərlə kompüterdə quraşdırdığı proqram təminatı izləmə aparmağa və kiberhücumlar həyata keçirməyə icazə verir.
Nəşrin məlumatına görə, ABŞ xüsusi xidmət orqanının istifadə etdiyi məxfi texnologiya internetə çıxışa malik olmayan kompüterlərdə belə məlumatları dəyişdirməyə icazə verir.
“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, 2008-ci ildən xüsusi xidmət orqanı tərəfindən istifadə olunan texnologiya gizli radio dalğaları kanalından istifadə edir və nəticədə istifadəçidən xəbərsiz kompüterlərə quraşdırılmış kiçik plata və USB kartları ələ keçirir.
Məqalədə yazılır ki, sözügedən texnologiya Amerika xüsusi xidmət orqanlarının əsas problemlərindən birini – rəqibin kompüterlərinə müdaxiləni həll etməyə icazə verib.
Nəşr yazır ki, “Quantum” kod adlı proqram Rusiyanın hərbi şəbəkələrində, Meksika polisi və narkokartellər tərəfindən istifadə olunan sistemlərdə həmçinin Avropa Birliyi daxilində ticarət institutları sistemlərində uğurla quraşdırılıb.
Emil Hüseynov
15/01/14 Çap et