Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

8 düym diaqonallı planşetlərin bazar payı artacaq


8 düym diaqonallı ekrana malik planşet kompüterlərin bazar payı tədricən artmağa doğru gedir. Belə ki, “Digitimes Research” tədqiqat şirkətinin məlumatına görə, 2013-cü ilin dekabrında buraxılan planşet qurğularının ümumi həcminin 15,2 faizini 8 diaqonallı modellər təşkil edib.
 
Göstəriciləri 8 düymlü planşetlərin payının 5,9 faizə bərabər olduğu 2013-cü ilin sentyabr rəqəmləri ilə müqayisə edən ekspertlər hesablayıblar ki, cəmi üç ay ərzində nəzərdən keçirilən seqment 2,5 dəfə artıb.  
 
Analitiklər artımı “Bay Trail” çipi və “Windows 8” əməliyyat sisteminin idarəetməsi ilə işləyən 8 düymlü planşetlərin tədarükünə başlanması ilə izah edirlər. “Atom” ailəsinin yeni prosessorlarının effektiv olmasına görə “Lenovo”, “Acer” və “Dell” şirkətləri daxil olmaqla bir sıra əsas istehsalçılar onlar əsasında modellər təqdim edib.



Bundan başqa, tədarük həcminin artması istehsalçıların çeşidi rəngarəng etməyə səy göstərməsi ilə izah edilir. “Digitimes Research” mütəxəssislərinin fikrincə, “white-box” modellərin və ucuz brendli qurğuların genişlənməsi şəraitində uğuru yalnız “Samsung”, “Google” və “Amazon” kimi nəhəng şirkətlər qazana bilər.

Ekspertlər onu da qeyd ediblər ki, ötən ay tədarük edilən planşetlərin 53 faizindən çoxu “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyib, buraxılan qurğuların yarısından çoxu 2 giqabaytlıq operativ yaddaşla təchiz edilib, - “DailyComm www.dailycomm.ru” yazır.





15/01/14    Çap et