Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda milli innovasiya sisteminin mövcud vəziyyəti müzakirə edilib
Azərbaycanda milli innovasiya sisteminin mövcud vəziyyəti müzakirə edilib. Müzakirələr AMEA prezidenti, akademik Akif Əlizadə ilə innovasiyalar üzrə tanınmış alim, İsveçrənin Cenevrə Beynəlxalq Universitetinin professoru, Dr. Doğan Güvenlə keçirilən görüşdə aparılıb. AMEA Rəyasət Heyəti Mərkəzi Aparatı İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, görüşdə Azərbaycanın milli innovasiya sisteminin inkişaf perspektivləri müzakirə edilib, fikir və tövsiyələr səsləndirilib.
Qeyd edək ki, AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İnnovasiya şöbəsinin dəvəti ilə Bakıda səfərdə olan Dr. Doğan Güven yanvarın 16-sı AMEA-da innovasiyalar üzrə təqdimatla çıxış edəcək.
Həqiqət İSABALAYEVA
15/01/14 Çap et