Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Zukerberq “Facebook”da təhlükəsiz məlumat mübadiləsi üzrə işləri davam etdirməyə söz verib
“Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq adı çəkilən şəbəkədə təhlükəsiz məlumat mübadiləsi üzrə işə davam edəcəyinə söz verib. “TechCrunch” yazır ki, Zukerberq bu haqda Stenford Universitetinin tələbələri ilə görüş zamanı deyib.
“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, iş adamının sözlərinə görə, "yoxa çıxan" mesajlarla mübadilə etməyə icazə verən “Snapchat” messenceri istifadəçi informasiyasının mühafizəsi sahəsində çox gözəl həldir, çünki ünsiyyət üçün yeni sahə yaradır. "Bu, ciddi innovasiyadır" – Zukerberq qeyd edib.
“Facebook”un banisi deyib ki, onun sosial şəbəkəsi oxşar istiqamətdə işlərə davam edəcək. "Düşünürəm ki, başqa şirkətlərin çoxu, həmçinin bu cür hərəkət edəcək" – o hesab edir.
Emil Hüseynov
15/01/14 Çap et