Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Cənubi Koreyada şəbəkədə qeydiyyat sadələşib


Cənubi Koreyada veb-saytlarda qeydiyyat zamanı şəxsi informasiyanın tələb edilməsindən tədricən imtina etməyi planlaşdırırlar. Bu barədə Koreya Daxili İşlər Nazirliyinin nümayəndəsi bildirərək izah edib ki, hakimiyyət keçən ay “Cyworld” saytının “qırılması”ndan sonra belə bir qərar qəbul edib.
Bu sayt Cənubi Koreyanın 3 ən məşhur resursundan biridir. Onun fəaliyyətinə yerli operator “SK Telecom” nəzarət edir. Haker hücumu nəticəsində 35 milyondan çox istifadəçi haqqında şəxsi informasiya, ad, ünvan, telefon nömrələri və vətəndaş eyniləşdirmə nömrələri də daxil olmaqla oğurlanıb.


www.3dnews.ru




16/08/11    Çap et