Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nazir Hacıqabulda vətəndaşlarla görüşəcək


Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun yanvar ayının 18-i saat 11:00-da Hacıqabul rayonunda (Hacıqabul, Şirvan, Kürdəmir, Sabirabad və Saatlı) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların qəbulu planlaşdırılır.
 
Vətəndaşlardan “mincom@mincom.gov.az” elektron poçt ünvanı, 1655 saylı “qaynar xətt”,
598 38 18 nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsilə əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.
 
Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar  zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:
 
Hacıqabul rayonunda 204-31-30
Şirvan rayonunda 215-15-15
Kürdəmir rayonunda 255-15-99
Sabirabad rayonunda 235-51-55 və
Saatlı rayonunda 285-21-26
 
nömrəli telefonlara zəng etmələri xahiş olunur.
 




16/01/14    Çap et