Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

73 yaşlı İsveç sakini interneti söndürməyi tələb edir


İsveç sakini 73 yaşlı Bo Berqman iddia edir ki, müasir dünyanı gənc nəsildən daha yaxşı hiss edir və öz təcrübəsi sayəsində əmindir ki, interneti söndürmək lazımdır. "Ətrafınıza baxın – hər kəs kompüterlə işləyir və gözünü onun ekranına zilləyir, hamı onun quluna çevrilib" –  Berqman deyib.
 
“ICTnews” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, Berqman hiddətlənir ki, bu gün hər hansı tapşırığın yerinə yetirilməsinə 20 il əvvəllə müqayisədə daha çox vaxt gedir. "Parolları və başqa məlumatları yadda saxlamaq, onları harasa yazmaq lazımdır. Onları ələ keçirə və sənə qarşı istifadə edə bilərlər. Çox zaman da belə olur" – internetin yaşlı rəqibi sakitləşmək istəmir.
 
Berqman hesab edir ki, kompüterlərdən asılılıq insana problem yarada bilər:  “Əgər elektrik sönsə, apteklər, xəstəxanalar işləməyəcək, qatarlar, təyyarələr, hər şey dayanacaq.
 
Mənim təklifim odur ki, interneti söndürüb onu hərbçilərə geri qaytarın!”
 
Emil Hüseynov




16/01/14    Çap et