Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Braziliya ilə Avropanı birləşdirən sualtı internet kabel gələn il istismara veriləcək
Braziliyanın “Telebras” kanalının yaydığı məlumata əsasən, artıq gələn il Braziliya ilə Avropanı birləşdirən internet kabelin çəkilməsinə başlanılacaq.
“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, layihənin qiyməti 185 milyon dollar təşkil edəcək və internet kabelinin 2016-cı ilin başlanğıcında istismara veriləcəyi gözlənilir.
Braziliyanın “Telebras” milli telekommunikasiya şirkəti transatlantik kabelinin istismarı üçün yaradılacaq Braziliya operatorunun 35%-lik səhminə sahiblənəcək. İspaniyanın “IslaLink” şirkətinin layihədəki payı 45% olacaq, yerdə qalan 20% Braziliyanın daha bir tərəfdaşına məxsus olacaq.
Emil Hüseynov
16/01/14 Çap et