Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Microsoft” korporasiyası “Windows XP” əməliyyat sisteminin dəstəklənməsi müddətini uzadıb
“Malware Protection Center” rəsmi bloqu yazıb ki, “Microsoft” korporasiyası “Windows XP” əməliyyat sisteminin təhlükəsizlik əleyhinə qorumasını 14 iyul 2015-ci ilədək artırıb.
“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, bundan əvvəl bildirilmişdi ki, 8 aprel 2014-cü ildə şirkət “Windows XP” platformasının dəstəklənməsini dayandıracaq, çünki bu, ƏS-I artıq istifadəçilərin və biznes seqmentinin aktual ehtiyaclarına cavab vermir.
“Microsoft” korporasiyası təşkilatların başqa platformalara keçidinə kömək etmək üçün 14 iyul 2015-ci ilədək “Windows XP” sistemi üçün təhlükəsizlik əleyhinə qorumanı yeniləyəcək.
Emil Hüseynov
16/01/14 Çap et