Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” kibertəhlükəsizlik üzrə ixtisaslaşmış “Impermium” startapını satın alıb


“Google” korporasiyası kibertəhlükəsizlik üzrə ixtisaslaşmış “Impermium” startapını satın alıb. Bu haqda “Impermium” startapının direktoru Mark Rişer deyib. Onun bəyanatı startapın saytının əsas səhifəsində dərc edilib.

"Impermium startapı “Google” şirkətinə qoşulur!" – Rişer yazıb. O xatırladıb ki, startap üç il bundan əvvəl interneti spam, fırıldaqçılıq və təhqirlərdən qurtarmaq məqsədi ilə yaradılıb.

“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, Rişerin fikrincə, “Google” və “Impermium” interneti daha təhlükəsiz məkana çevirə biləcək.
Sazişin şərtləri haqqında məlumat yoxdur.

Emil Hüseynov
 




16/01/14    Çap et